Bizimsesimiz.info // Musavat.com BBC-yə istinadən xəbər verir ki, Yaponya parlamenti imperator Akihitonun taxtdan çəkilməsi ilə bağlı qanun qəbul edib. Son 200 ildə ilk dəfədir ki, belə bir qanun qəbul edilir.

83 yaşlı imperator keçən il bildirmişdi ki, yaşı və səhhəti artıq vəzifələrini yerinə yetirməyə çətinlik törədir. Lakin taxtdan çəkilməsi üçün qanunvericilikdə hər hansı nizamlanma yox idi.

İmperator Akihito ağır ürək əməliyyatı keçirib və prostat vəzi xərçəngindən müalicə alıb. O, atası Hirihitonun ölümündən sonra 1989-cu ildən taxtdadır.

Yaponyada imperatorun hər hansı bir siyasi bəyanatlar vermək səlahiyyəti yoxdur. Buna görə də o, özü taxtdan çəkildiyini elan edə bilməzdi. Qəbul edilən yeni qanuna görə, onun yerinə 57 yaşlı oğlu Naruhito keçəcək. Lakin nə onun, nə də sələflərinin taxtdan öz qərarı ilə çəkilməsinə qanunla icazə verilmir.

Bundan sonra hökumət onun taxtdan çəkilməsi prosesini planlaşdıracaq. Tarix dəqiqləşdirilməsə də, 2018-ci ilin sonlarına doğru imperatorun rəsmi olaraq taxtdan çəkiləcəyi və onun yerinə şahzadə Naruhitonun taxta çıxacağı bildirilir. Gözlənilən odur ki, mərasim 2018-ci il dekabr ayında baş tutacaq.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here