Bəstəkar -müğənni Yaroslav Semyonov.  Onu xüsusi təqdim etməyə ehtiyac yoxdur. Çünki  internetdə Sumqayıtla, Azərbaycanla bağlı  onun adına çox rast gəlmək olur.

Bizimsesimiz.info xəbər verir ki, Yaroslav Semyonov vətəndaşı olduğu Rusiyada ,başqa ölkələrdə belə Azərbaycanı, onun mədəniyyətini təmənnasız təbliğ edir.

Yaroslav vaxtı ilə yaşadığı Sumqayıtı xüsusilə sevir və ona rekord sayda – 30-dan çox mahnı bəstələyib .

Rusiyanın Kareliya Respublikasının Kostomukşa şəhərinin  66  yaşlı sakini Yaroslav Semyonov Azərbaycanda, Sumqayıtda  doğulub və 22 yaşınacan Gənclik şəhərində yaşayıb. Azərbaycanı, adət-ənənələrimizi və musiqimizi çox sevən Y.Semyonov  Rusiyada yaşasa da özünü “34-cü kvartal uşağı”  sayır .O, Polad Bülbüloğlunun sənətinin və ifasının vurğunu olduğunu da bildirir. “Xüsusilə də “Gəl, ey səhər” mahnısını çox sevirəm. Azərbaycanı, vətənimi çox sevirəm. Soruşan olanda deyirəm ki, milliyyətcə azərbaycanlıyam”, – Yaroslav deyib. Anası rus,atası isə azərbaycanlıdır.

Onun Yutubdakı kanalında ,  Odnoklassniki sosial şəbəkəsində xeyli sayda izləyiciləri var.

Finlandiyadan Saxalinədək Vətənini tərənnüm edən Yaroslav Semyonovun şair İbrahim İlyaslının şerinə bəstələdiyi mahnının klipini təqdim edirik:

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here