Yaşayacaq

Uca bir varlıq var,verib bir təkan,
Aləmi yaradıb,edib bir məkan.
Duyğumu,ruhumu göylərə çəkən
Əzəli,əbədi göz yaşayacaq.

Kainat dumanlı toz halındadır,
Nisbi bir qarışıq qaz halındadır.
Dünyamız sirli səs,söz halındadır-
Tanrı dediyini yaz,-yaşayacaq.

Yaradan yaratmış ulduzu,ayı
Nə zaman,nə qədər?Bilinməz sayı.
İlk canlı başlanğıc seçmişdir suyu,
Bəşər tarixində iz yaşayacaq.

Yaranmış nə varsa-bil,arasında,
Bir nur var,işıq var zil qarasında.
Bir parlaq ulduz var göy sırasında-
İçində milyard il köz yaşayacaq.

Hər şey hərəkətdə,ötüb gedəcək,
Görünən nə varsa itib gedəcək.
Zaman,məkan birdi,-bitib gedəcək,
Öz ilkin halında toz yaşayacaq.

Heç nə yayınmayır Tanrı gözündən,
Bir kəs çıxa bilməz Haqqın izindən.
Varlıq var olubdur bir “Ol”-sözündən-
Dünyanı yaşadan söz yaşayacaq.

Tanrı yaradandır,tikən ,qurandır,
Hər kəsdən sonda bir hesab sorandır…
Küllü kitablardan üstün Qur”andır-
Ayələr açdığı riz yaşayacaq.

Düz qiymət verilir, düz beytə,bəndə,
Düz -düşməz heç zaman kəməndə,bəndə.
Tanrının yolunda olan düz bəndə
Cənnətdə min nemət-naz yaşayacaq.

Akif, unutma ki,Tanrı yanında,
Göylərin müqəddəs Haqq divanında,
Hər ruhun ayrıca sınaq anında,
Acıq alın,bir ağ üz yaşayacaq.

Akif AMAL Əlifoğlu.
26.12.2003.