Bizimsesimiz.info // Təzə aldığınız meyvə və tərəvəzlərin tezliklə, xarab olmasını istəmirsinizsə, bu üsulları təcrübədən keçirin.

1. Pendiri sirkə ilə islanmış kağız dəsmala bükün.

Pendirin dadı dəyişməyəcək dərəcədə xəfifcə islanmış sirkəli dəsmal, pendirin kiflənməsinin qarşısını alır.

2. Soyuducuya qoyacağınız meyvə və tərəvəzləri yumayın.
Yuyulmuş qidalar, rütubət olduğuna görə soyuducuda daha tez xarab olur.

3. Çiyələkləri sirkəli su qarışığı içində soyuducuya qoyun.
Çiyələkləri üç stəkan sirkə və bir stəkan su içərisinə qoysanız, tərkibindəki bakteriyalar ölər.

4. Kərəvizi aliminyum folqaya bükün.
Kərəvizi sərt və təzə saxlamaq üçün aliminyum folqaya büküb soyuducuya qoymaq, ideal bir üsuldur.

5. Hazır südü şüşədə saxlayın.

Şüşə butulkalar, südün saxlanması üçün kartondan daha əlverişlidir və kartondan fərqli olaraq, soyuducuda daha tez soyuyur.

6. Kartof ilə alma eyni yerə qoyun.
Aparılan araşdırmalar göstərir ki, almanın yaydığı etilen qazı, kartofların cücərməsinə mane olur.

7. Köklərin yaşıl hissələrini kəsin.
Köklərin yaşıl yarpaqları, yediyimiz narıncı hissənin qida dəyərlərini azaldır. Buna görə də, yaşıl yarpaqlı köklərin yarpaqlarını mütləq ayırın.

8. Çörəyi bez bir örtüklə çörək qabında saxlayın.
Çörəyin qurumamış təzə qalmasının ən ideal yolu, çörəyi mətbəx dəsmalına bükərək, soyuducuda deyil, çörək şkafında saxlamaqdır.

9. Pomidoru tərs şəkildə yerləşdirin.
Pomidoru tərs bir şəkildə yerləşdirmək, üst hissəsinə girəcək hava və rütubət axınını kəsəcəyindən pomidorun təzə qalmasına da yardımçı olacaqdır

10. Yaşıl tərəvəzləri kağız dəsmal üzərində saxlayın.
Yaşıl tərəvəzlər üzərindəki rütubəti çəkəcək kağız dəsmal, tərəvəzlərin rəf ömrünü bir neçə gün daha uzadacaqdır.

11. Limonu bir torbada saxlayın.
Limonları soyuducuda saxlayarkən bir plastik torbaya qoysanız, 1 ay daha çox uzun ömürlü olacaqdır.

12. Südünüzü soyuducunun qapı hissəsində deyil, içində saxlayın.
Südünüzü hər zaman soyuducunun daha soyuq olacaq bölgələrinə qoymalısınız.

13. Göbələyi kağız paketdə saxlayın.
Göbələyin istehsal etdiyi rütubəti, kağız köməyi ilə sorulur və daha uzun müddət təzə qalmasını təmin edə bilir.

14. Xiyarı soyuducuda deyil, otaq temperaturunda saxlayın.
Soyuducuda xiyar saxlandıqda onun tərkibi dəyişir və tez xarab olur. Araşdırmaya görə xiyar otaq temperaturunda daha uzun muddət qala bilir.

15. Reyhanı şüşə banka içində nazik salafanda örtülmüş halda saxlayın.
Bu üsul bitkiləri soyuq, isti və xarici təsirlərdən qorumaq üçün ideal üsuldur.

(moderator.az)

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here