Yekaterinburqda hökumət binaları təxliyə edildi
Rusiyanın Yekaterinburq şəhərində Sverdlovsk vilayəti qubernatorunun administrasiyası və yerli hökumət binası təxliyə edilib.
Trend-in məlumatına görə, əməkdaşlar binadan çıxarıldıqdan sonra yoxlamalar aparılıb.
Təxliyənin səbəbi rəsmi olaraq açıqlanmasa da, bunun son həftələrdə davam edən anonim zənglərlə əlaqədar olması istisna edilmir.