Bizimsesimiz.info // Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Report-un məlumatına görə, xəstəxanaya gedən bütün yollar bağlanılıb. Yalnız xidmət avtomobilləri hərəkət edə bilir.

Xəstəxanadan verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb:

“Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə FHN-in 4 yanğınsöndürən maşını və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür”.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here