Xocalıda qətliam törədənləri bir daha lənətləyirəm.

Oxu.Az-ın xəbərinə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım hakim Ədalət və İnkişaf Partiyasının (AKP) TBMM-dəki fraksiyasının genişləndirilmiş toplantısında bildirib.

“Fevralın 26-da Xocalı qətliamının 26-cı ildönümü tamam oldu. Orada yüzlərlə azərbaycanlı bacı-qardaşımız qətlə yetirilib. Təəssüf ki, dünya, o cümlədən Qərb ikili standartdan əl çəkmir.

Hollandiya parlamentində 1915-c i illə bağlı qəbul edilən qərar buna nümunə ola bilər”, – deyən Yıldırımın sözlərinə görə, hollandlar əvvəlcə öz tarixlərinə baxsınlar.

“Tarixdə ən pis dosye bu məsələdə Türkiyəyə qarşı iddialı olanlara aiddir. Bizim tariximizdə müstəmləkə, qətliam yoxdur.

Türkiyənin şanlı keçmişini kimsə öz dövlətinin qaranlıq tarixi ilə qarışdırmasın. 1990-cı illərdə Bosniya-Hersoqovinada da baş verənlər yaddaşlardan silinməyib”, – deyə o əlavə edib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here