Bizimsesimiz.info  // Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın dəqiq tarixi hələ müəyyən olunmamış Afina səfəri indidən Yunanıstanda gündəmin ilk məsələlərindən biri oldu.

Səfər həyata keçərsə, Ərdoğan 65 ildən sonra Yunanıstana gələn ilk Türkiyə prezidenti olacaq.

Qeyd edək ki, Afinaya son dəfə 1952-ci ildə o dövrün prezidenti Cəlal Bayar səfər etmişdi. Bu ilin iyun ayında da baş nazir Binəli Yıldırımın  Afinaya səfər edib.

Yunanıstan prezidenti Pavlopulos Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının  25-ci ildönümü münasibətilə mayın 22-də İstanbulda keçirilən sammitə qatılaraq, Türkiyəni ziyarət edən ilk Yunanıstan prezidenti oldu.

1952-ci ildə Kral Pavlos və xanımı Kraliça Frideriki Türkiyəyə səfər etmişdilər.

Pavlopulos 2015-ci ilin  martında prezident seçilən zaman onu təbrik edən ilk xarici lider Ərdoğan oldu.

Fətullahçı Terror Təşkilatının 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdində isə prezident Ərdoğana zəng edərək həmrəyliyini dilə gətirən ilk xarici liderlərdən biri Pavlopulos olmuşdu.

Pavlopulos Türkiyədə konstitusiya dəyişikliyi üçün 16 apreldə keçirilən ümumxalq səsverməsindən sonra da Türkiyə prezidentini təbrik edən ilk xarici liderlərdən biri oldu.

Həftə sonunda yunan mətbuatı Ərdoğanın tarixi hələ təyin olunmamış Afina səfərindən yazdı.

Mediada Ərdoğan ilə Pavlopulosun dostluq müqaviləsi, və ya protokolu imzalaya biləcəkləri barədə yazılar dərc olundu.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here