Yunanıstanda 500 milyard avronun vergidən gizlədildiyi üzə çıxıb

Bizimsesimiz.info  // Yunanıstan Maliyyə Nazirliyinin işləyib hazırladığı yeni informasiya sistemi 2002-2014-cü illər ərzində 500 milyard avronun vergidən gizlədildiyini üzə çıxarıb.

SalamNews xarici KİV-lərə istinadla xəbər verir ki, hökumətin rəsmi nümayəndəsi Dimitris Tzanakopulosun jurnalistlərə bildirdiyinə görə, məhz vergilərdən bu qədər böyük miqdarda yayınma Yunanıstanda dərin maliyyə böhranının səbəblərindən biridir. Təsadüfi deyil ki, 1996-2010-cu illər dövründə Yunanıstan Avropa İttifaqı üzrə xərclər nöqteyi-nəzərindən orta, vergi daxilolmaları baxımından isə ortadan aşağı göstəriciyə malik olub.

“Məhz bu səbəbdən yunan iqtisadiyyatında daim defisit yaranıb, məhz bu səbəbdən biz 1996-cı ildən 2010-cu ilədək borcumuzu ÜDM-ə nisbətdə azalda bilməmişik. Ümumi daxili məhsulun artımına baxmayaraq, Yunanıstan hökumətinin borcu həmişə yüksək olaraq qalıb”, – deyə Tzanakopulos qeyd edib.

O bildirib ki, yunan iqtisadiyyatını 40 ildən çoxdur təzyiq altında saxlayan struktur zəifliyini aradan qaldırmaq hazırda hökumətin başlıca siyasi məqsədidir.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.