Hazırda Ukraynada ən yüksək korrupsiya səviyyəsi hökm sürür.

Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko söyləyib.

“Donbasda üç il davam edən müharibə Ukraynada islahatların aparılmasına mane olmamalıdır. Müharibə tez-tez səmərəsiz siyasət və ya hər hansı bir siyasətin olmamasını əsaslandırmaqdan ötrü istifadə olunur. Təbii ki, müharibə çoxlu yeni problem yaradır. Lakin onun ön tərəfi iqtisadiyyatdır. Əgər burada uğursuz olsan, o zaman birincisində də itirəcəksən. 3 il müddətində Ukrayna qrivnasının devalvasiyası 350%-ə çatıb. Nəyə görə Stalin rublu 1942-ci ildə yox, yalnız 1946-cı ildə devalvasiya eləyib? Çünki sabit milli valyuta işğalçı ilə mübarizə aparmaq üçün ən effektiv üsuldur”, – deyə Yuşşenko bildirib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here