Bizimsesimiz.info // İtaliyanın “Yuventus” klubu Çempionlar Liqasında 100 milyon avrodan çox gəlir əldə edən ilk klub olub.

APA-nın məlumatına görə, bu barədə “Football Italy” xəbər verib.

Klub mövsümün yekunlarına görə UEFA, sponsorlar, televiziya hüquqları və bilet satışından ümümilikdə 109 milyon avro qazanıb. Beləliklə, “qoca sinyora”  Çempionlar Liqasının tarixində ilkə imza atıb. Madridin “Real” klubunun gəliri 80,9 milyon təşkil edib.

Xatırladaq ki, iyunun 3-də Çempionlar Liqasının finalında “Yuventus” “Reala” 1:4 hesabı ilə məğlub olub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here