Yüzlərlə yəhudi Əqsa məscidinə basqın edib

Yəhudi miqrantlardan ibarət qruplar İsrail rejimi qüvvələrinin və xüsusi qüvvələrin təhlükəsizlik tədbirləri altında Əqsa məscidinə basqın edib.

Felestin.info “Palinfo”-ya istinadla xəbər verir ki, qüdslü mənbələrin verdiyi məlumata görə, yəhudi miqrantların qruplar halında Əqsa məscidinə etdikləri basqına qoşulanların sayı 334-ə çatıb.

Yəhudilərin müqəddəs saydığı bayram günlərinin başlamasıyla əlaqədar fanatik yəhudilərin Əqsa məscidinə basqın çağırışları etdikləri bildirilib.

Yəhudi miqrantların Ramazan bayramından sonra Əqsa məscidinə ilk dəfə basqın etdiyi qeyd olunub.
https://youtu.be/sQDDwc2_Q08

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir