“Zeytun budağı”: məhv edilən terrorçuların sayı 649-a çatdı

Suriyada aparılan “Zeytun budağı” əməliyyatının 11-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Bizimsesimiz.info-nun Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 649 terrorçusu məhv edilib.

Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 3 hədəf darmadağın edilib.

Türkiyə Baş Qərargahı “Zeytun budağı” əməliyyatının uğurla davam etdiyini bildirir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir